“Real” Rodriqesə görə 80 milyon ödəyəcək
21.07.2014 - 20:21
“Real” Rodriqesə görə 80 milyon ödəyəcək

 

Kolumbiyalı futbolçu Xames Rodriqesin “Monako”dan transferi “Real Madrid”ə 80 milyon avroya başa gələcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçinin keçidi barədə ya iyulun 22-də, ya da 23-də elan olunacaq.

 

Artıq Madriddə Xamesin adı olan 10 nömrəli formanın satışına başlanılıb. Qeyd edək ki, 23 yaşlı futbolçu iyulun 20-də sevgilisi və agenti ilə bir yerdə Madridə səfər edib. Onlar kolumbiyalı futbolçunun keçidi ilə bağlı son detalları müzakirə ediblər. Bu razılaşmaya görə, yarımmüdafiəçi kral klubunda ildə 8 milyon avro alacaq.

 

Bu transfer futbol tarixində üçüncü ən bahalı keçid olacaq. Hər üç keçib “Real”a məxsusdur. Kral klubu 2013-cü ildə Haret Beyli “Tottenhem”dən 100 milyon avroya, 2009-cu ildə isə Kriştiano Ronaldonu “Mançester Yunayted”dən 94 milyon avroya alıb.

 

 

0