Ronaldonun oğluna böyük yalan: Sənin anan ölüb
22.07.2014 - 03:06
Ronaldonun oğluna böyük yalan: Sənin anan ölüb

 

“Real Madrid” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo oğlundan bioloji anası barədə məlumatı gizlədir. Apasport.az saytının məlumatına görə, futbolçu və onun ailəsi 4 yaşlı Kriştianinyo böyüyənə qədər bununla bağlı ona məlumat verməyə hazırlaşmırlar.

 

Ronaldonun bacılarından biri Elma uşağın artıq bu barədə soruşduğunu deyib: “Biz ona dedik ki, sənin anan göylərdədir. Amma qardaşım və anam bir daha bunu deməməyi xahiş etdilər. İndi biz ona anasının səyahət etdiyini deyirik. O, bu barədə unudub və daha sual vermir. Kriştianinyo gələcəkdə onun bioloji anasının kim olduğunu bilmək istəsə, bu onun qərarı olacaq və heç kim ona mane olmayacaq”.

 

Kriştianinyo İspaniyada atası və nənəsi ilə bir yerdə yaşayır. Nənəsi bir qədər öncə işıq üzü görən avtobioqrafiyasında heç kimin və heç bir zaman uşağın bioloji anasının adını bilməyəcəyini iddia edib.

 

 

0