“Arsenal” Hediranı almaqdan imtina etdi
22.07.2014 - 04:59
“Arsenal” Hediranı almaqdan imtina etdi

“Real Madrid”in oyunçusu Sami Hedira “Arsenal”ın heyətində çıxış etməyəcək. Apasport.az saytının məlumatına görə, London klubunun futbolçunu almaq planından vaz keçdiyi bildirilir.

 

Hələlik “Arsenal”ın bu transferdən niyə imtina etdiyi məlum deyil. Bundan əvvəl futbolçunun agenti Yorq Noybauer danışıqlar getdiyi barədə informasiyanı təkzib edib.

 

Xedira “Real”a 2010-cu ildə “Ştutqart”dan keçib. Bu transfer madridlilərə 12 milyon avroya başa gəlib. O, “Real”ın heyətində İspaniya çempionu, Kubokun və Superkubokun sahibi olub, Çempionlar Liqasında qalib gəlib. Almaniya millisi ilə bərabər dünya çempionluğunu yaşayıb.

 

 

0