3 yığma reytinqdən kənarlaşdırıldı
22.07.2014 - 08:00
3 yığma reytinqdən kənarlaşdırıldı

Futzal üzrə milli komandaların növbəti reytinq siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, cədvəldə dünyanın 151 yığması yer alıb.

 

Bu komandalardan 98-i əsas siyahıya daxil edilib. Digər 53 milli isə son 2 ildə kifayət qədər oyun keçirmədiyindən cədvələ şərti olaraq salınıb. Onlardan üçü əsas siyahıdan yeni kənarlaşdırılanlardır. Bunlar Şotlandiya, Mozambik, Trinidad və Tobaqo milliləridir. Ötən reytinqdə 101 komandanın yer aldığı cədvəldə bu dəfə 98 yığma qalıb.

 

Hesabında 1391 xal olan Azərbaycan yığması siyahıdakı mövqeyini qoruyub. Millimiz ötən reytinq cədvəlində qərarlaşdığı 10-cu pillədə qalıb.

 

İlk “10-luq”

1. Braziliya - 1928

2. İspaniya - 1915

3. İtaliya - 1771

4. Rusiya – 1739

5. Argentina – 1641

6. Portuqaliya - 1616

7. İran - 1602

8. Ukrayna – 1460

9. Yaponiya - 1413

10. AZƏRBAYCAN – 1391

 

0