Yığmamızın futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi
22.07.2014 - 10:17
Yığmamızın futbolçusunun Türkiyə klubuna keçidi rəsmiləşdi

Azərbaycan milli komandasının  sabiq üzvü Branimir Subaşiçin yeni klubu bəlli olub. Apasport.az xəbər verir ki, o, Türkiyə I dəstə təmsilçisi “Manisaspor”un şərəfini qoruyacaq.

 

Tərəflər arasında artıq müqavilə də bağlanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Millimizin sabiq forvardı 2 illik müqaviləyə imza atıb.

 

Daha sonra o klubun yeni müqaviləsi və komandası haqqında fikirlərini bildirib: “Sevinirəm ki, belə bir komandaya gəldim. Burada əlimdən gələni edəcəm. İnanıram ki, uğur qazanmağı bacaracam”.

 

Qeyd edək ki, bundan əvvəl Branimir Subaşiçin “Bucaspor” klubuna keçəcəyi deyilsə də, o seçimini “Manisaspor” üzərində etmişdi.

 

0