“Elfsborq” Bakıya itki ilə gəlir
22.07.2014 - 12:55
“Elfsborq” Bakıya itki ilə gəlir

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Bakıda “İnter”in qonağı olacaq İsveçin “Elfsborq”  ciddi itki ilə üzləşib. Apasport.az xəbər verir ki, komandanın aparıcı futbolçusu Yon Yönsson zədələnib.

 

Bu barədə klubun həkimi Matilda Lundblad məlumat verib. O bildirib ki, Yönsson Bakıdakı oyunu buraxacaq: “Onun zədəsi ciddidir. Çox güman ki, o “İnter”lə oyunu buraxacaq. Əzələsində problemlər var”.

 

Qeyd edək ki, bu mərhələnin ilk oyununda “İnter” səfərdə “Elfsborq”u 1:0 hesabı ilə məğlub edib.

 

0