Mahir Şükürovla Vaqif Cavadov VI turda görüşəcək
22.07.2014 - 13:38
Mahir Şükürovla Vaqif Cavadov VI turda görüşəcək

Türkiyənin I dəstəsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, artıq avqustun 30-da başlayacaq çempionatın ümumi təqvimi açıqlanıb.

 

Bununla da Azərbaycan futbolu ilə bağlı olan 8 futbolçunun klublarının ilk turda hansı komandalarla qarşılaşacağına aydınlıq gəlib. Belə ki, millimizin sabiq hücumçusu Branimir Subaşiç (“Manisaspor”), yığmamızın hazırkı üzvləri – Mahir Şükürov (“Karşıyaka”), Vaqif Cavadov, Ufuk Budak və U-21-in futbolçusu Rəhman Hacıyev (hər üçü “Qaziantep BB”) ilk turda doğma azarkeş önündə çıxış edəcək.

 

U-21-in sabiq futbolçusu Timur Təməltaş (“Altınordu”) ilk turda İzmir derbisinə çıxacaq. “Karabükspor”la yoxlama oyununda (0:2) 90 dəqiqə çıxış edən Təməltaşın komandası “Bucaspor”un qonağı olacaq. Eləcə də ötən mövsüm “Rəvan”da çıxış etmiş Kamal Bayramovla Ayaz Mehdiyev (hər ikisi “Girəsunspor”) səfərdə oynayacaq. Futbolçularımızın komandası Qara dəniz derbisində “Samsunspor”a qarşı debüt etmək imkanı əldə edəcək.

 

Millimizin əsas futbolçularının çıxış etdikləri “Karşıyaka” ilə “Qaziantep BB” ilk dəfə VI turda üz-üzə gələcək. Bu görüş İzmirdə baş tutacaq.

 

Qeyd edək ki, Türkiyənin I dəstəsi 2015-ci ilin mayın 24-də başa çatacaq.

 

Türkiyənin I dəstəsi

I tur

30-31 avqust

 “Manisaspor” – “Alanyaspor”

“Karşıyaka” – “Antalyaspor”

“Bucaspor” – “Altınordu”

“Qaziantep BB” – “Boluspor”

“Samsunspor” – “Girəsunspor”

0