“Sumqayıt” “Dinamo” ilə heç-heçə etdi
22.07.2014 - 20:05
“Sumqayıt” “Dinamo” ilə heç-heçə etdi

Türkiyədə hazırlıqlarını davam etdirən “Sumqayıt” bu gün növbəti yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun yetirmələri Batumi “Dinamo”su ilə üz-üzə gəlib.

 

1923-cü ildə yaradılmış Batumi klubu ötən mövsüm aşağı dəstədə II pilləni tutub. “Dinamo” yeni mövsümdən debütant kimi elitada çıxış edəcək. 1998-ci ildə Gürcüstan kubokunun qalibi olmuş komandanın kapitanı “Bakı” və Sumqayıt “Standard”ının sabiq yarımmüdafiəçisi Amiran Muciridir. O, 2007-2009-cu illərdə çıxış etdiyi “zolaqlılar”a məhz bu klubdan gəlmişdi.

 

Təmsilçimiz bu gün Türkiyədə ilk dəfə bir Avropa komandası ilə yoxlama oyunu keçirib. Qeyd edək ki, “Sumqayıt” bundan öncə İranın “Persepolis” (2:3) və Özbəkistanın “Bunyodkor” (1:0) klubları ilə gücünü sınayıb.

 

22 iyul

Yoxlama oyunu

“SUMQAYIT” (AZƏRBAYCAN) – “Dinamo” (Batumi, Gürcüstan) - 2:2

Türkiyə. Kartəpə  

0