“Sumqayıt”ın Subaşiçin komandası ilə oyunu baş tutmayacaq
22.07.2014 - 15:18
“Sumqayıt”ın Subaşiçin komandası ilə oyunu baş tutmayacaq

Türkiyədə hazırlıq keçən “Sumqayıt”ın yoxlama oyunlarında dəyişiklik olunub. Apasport.az saytının məlumatına görə, Aqil Məmmədovun yetirmələri nəzərdə tutulduğu kimi sabah “Manisaspor”la gücünü sınamayacaq.

 

Buna səbəb millimizin sabiq hücumçusu Branimir Subaşiçin yeni komandasının bu ay ərzində yoxlama oyunu keçirmək istəməməsidir. Belə ki, Türkiyənin I dəstə klubu “Sumqayıt” kimi Kartəpədə olsa da, ancaq məşqlərlə kifayətlənəcək.

 

Manisa klubu yalnız hazırlığın III mərhələsində yoxlama oyunları keçirəcək. Bu isə 11-22 avqust tarixlərini əhatə edəcək ki, onda “Sumqayıt” artıq Topaz Premyer Liqasında oyunlara çıxacaq. Məhz “Manisaspor”la oyunun baş tutmamasına görə, “Sumqayıt” bu gün Gürcüstan çempionatının debütantı olan Batumi “Dinamo”su ilə gücünü sınayacaq.

 

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə iyulun 25-də Türkmənistanın “Altın Asır” klubu ilə qarşılaşacaq. İyulun 29-da vətənə qayıdacaq “Sumqayıt”ın sonuncu rəqibinin adı hələ bilinmir. 

0