Foqts Özbəkistanla oyuna I dəstədən 2 futbolçu çağırdı
22.07.2014 - 15:49
Foqts Özbəkistanla oyuna I dəstədən 2 futbolçu çağırdı

Foqts Özbəkistanla oyuna I dəstədən 2 futbolçu çağırdıMilli komandamızın gələn ay Özbəkistanla keçirəcəyi yoldaşlıq oyununa artıq 2 futbolçunun çağırılması müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Türkiyənin I dəstə klubu “Qaziantep BB”də çıxış edən 3 futbolçumuzdan 2-nə dəvət göndərib.

 

Bunlar Vaqif Cavadovla Ufuk Budakdır. Eləcə də “Karşıyaka”nın yeni transferi Mahir Şükürovun da bu sıraya qoşulacağı gözlənilir.

 

Qeyd edək ki, millimizin Özbəkistanla yoldaşlıq oyunu avqustun 20-də Bakıda keçiriləcək. “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlayacaq.

 

 

0