[b]“Qarabağ”da yubileyini gözləyənlər[/b]
22.07.2014 - 16:43
[b]“Qarabağ”da yubileyini gözləyənlər[/b]

Çempionlar Liqasının II təsnifat mərhələsinin Malta “Valletta”sı ilə keçiriləcək qarşılaşması “Qarabağ”ın 4 futbolçusu üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, Rəşad Sadıqov, Reynaldo Silva, Leroy Corc və Ansi Aqolli “dördlüy”ündən meydana çıxanlar bugünkü qarşılaşmada yubiley qeyd edəcək.

 

Sadıqov avrokuboklarda 50-ci oyununu Maltada keçirmədiyindən təxirə salınan yubiley bu dəfə baş tuta bilər. Lakin son məşqə qatılmayan müdafiəçinin oynaması inandırıcı görünmür. Reynaldo avrokuboklarda 15-ci, Leroy isə bu tip yarışlarda 10-cu qarşılaşmasına çıxmaq imkanı əldə edib. Aqolli isə Çempionlar Liqasında 5-ci dəfə iştirak etmiş olacaq.

 

0