UEFA reytinqi: Azərbaycan 30-cu pillədə
23.07.2014 - 08:00
UEFA reytinqi: Azərbaycan 30-cu pillədə

UEFA-nın əmsallar cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarından sonra siyahıda müəyyən dəyişikliklər olub.

 

Lakin bunlar Azərbaycanın mövqeyinə təsir etməyib. Düzdür, öz meydanında Maltanın “Valetta” klubunu 4:0 hesabı ilə darmadağın edən “Qarabağ” ölkəmiz üçün növbəti 0,250 xal qazanıb. Bu da cari mövsüm qazanılanları 1,250-yə çatdırıb.

 

Bunun 0,750-si “İnter”, 0,500-ü “Qarabağ”ın payındadır. Son 5 mövsümə görə hesablanan reytinq siyahısında isə xalımız 10,125-ə çatıb. Bu isə yalnız 30-cu pillədə qalmağa kifayət edib.

 

29-cu olan Macarıstanla 0,250 xallıq fərq isə dəyişməz qalıb. Buna “Debretsen”in öz meydanında Şimali İrlandiya təmsilçisi “Kliftonvill”ə qalib gəlməsi səbəb olub – 2:0. Ən yaxın izləyicimiz – 31-ci olan Slovakiya ilə fərq də eynidir. “Slovan”ın Uelsdə TNS-ə 2 cavabsız qol vurması fərqin qorunması ilə nəticələnib.

 

yer

Ölkə

xal

klublar

1

İspaniya

81.499

7/ 7

2

İngiltərə

68.534

7/ 7

3

Almaniya

65.272

7/ 7

4

Portuqaliya

53.632

6/ 6

5

İtaliya

52.843

6/ 6

6

Fransa

42.833

6/ 6

7

Rusiya

41.665

6/ 6

8

Ukrayna

35.999

6/ 6

9

Hollandiya

35.646

6/ 6

10

Belçika

28.600

5/ 5

11

İsveçrə

28.375

5/ 5

12

Türkiyə

27.500

5/ 5

13

Yunanıstan

26.600

5/ 5

14

Çexiya

26.125

4/ 4

15

Avstriya

21.800

4/ 4

16

Rumıniya

21.799

4/ 4

17

İsrail

20.125

4/ 4

18

Kipr

19.200

5/ 5

19

Xorvatiya

18.250

4/ 4

20

Polşa

17.125

4/ 4

21

Danimarka

17.000

5/ 5

22

Belarus

16.125

4/ 4

23

Şotlandiya

15.275

4/ 4

24

İsveç

14.825

5/ 5

25

Bolqarıstan

14.125

4/ 4

26

Norvüç

13.775

5/ 5

27

Serbiya

12.125

4/ 4

28

Sloveniya

10.750

3/ 4

29

Macarıstan

10.375

4/ 4

30

AZƏRBAYCAN

10.125

3/ 4

31

Slovakiya

9.875

4/ 4

32

Moldova

9.250

2/ 4

33

Qazaxıstan

9.125

4/ 4

34

Gürcüstan

9.125

3/ 4

35

Bosniya və Hersoqovina

7.000

3/ 4

36

İslandiya

6.875

2/ 4

37

Finlandiya

6.700

3/ 5

38

Makedoniya

5.875

2/ 4

39

Lixtenşteyn

5.500

1/ 1

40

İrlandiya

5.500

4/ 4

41

Monteneqro

5.500

1/ 4

42

Albaniya

5.375

2/ 4

43

Lüksemburq

5.125

4

44

Şimali İrlandiya

4.750

2/ 4

45

Litva

4.500

1/ 4

46

Latviya

4.250

1/ 4

47

Malta

4.208

4

48

Estoniya

3.500

2/ 4

49

Farer adaları

3.250

1/ 4

50

Uels

2.875

4

51

Ermənistan

2.750

4

52

Andorra

0.833

3

53

San-Marino

0.499

3

54

Cəbəllütariq

0.250

2

Qeyd: klublar sütununda “/” işarəsindən əvvəl mübarizəni davam etdirən, sonra isə bütün klubların sayı əks olunub.

 

 

0