“İnter” rekord, “Neftçi” möcüzə iddiasında
23.07.2014 - 15:09
“İnter” rekord, “Neftçi” möcüzə iddiasında

Sabah Avropa Liqasının II təsnifat mərhələsinə yekun vurulacaq. Apasport.az saytının məlumatına görə, yarışda mübarizəni davam etdirən Azərbaycan klubları da cavab matçlarını keçirəcək.

 

Bakı klubları “Neftçi” və “İnter” fərqli məkanlarda, fərqli vəzifələrin öhdəsindəb gəlməli olacaq. güclü “Elfsborq”u İsveçdə məğlub edən sonuncuların işi daha asandır. Kaxaber Sxadadzenin yetirmələri öz meydanında çıxış edəcək.

 

Bakıda üstünlüyünü qorumağa çalışacaq “İnter” tarixində ilk dəfə mövsümdə 2 mərhələ adlamağa yaxındır. Bakılılar bunu bacarsa, “Neman” (Belarus) – “Hafnarfyordur” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Belə asan cütün qalibi ilə oynamaq isə təmsilçimizin pley-off şanslarının böyük olduğunu göstərir.

 

“İnter” bu mərhələyədək irəliləyən 4-cü Azərbaycan klubu olmaq üçün əvvəl “Elfsborq” yarışdan kənarlaşdırmalıdır. İndiyədək “Bakı”, “Qarabağ” və “Neftçi” də 4-cü təsnifat mərhələsinədək irəliləyib.

 

Bakılılar avrokuboklarda görünməmiş nailiyyətə də imza ata bilər. Ardıcıl 4 qələbə qazanan və bununla da “Qarabağ”ın rekordunu təkrarlayan “İnter” mütləq rekord üçün skandinaviyalıları da udmalıdır.

 

İki il əvvəl qrip mərhələsində oynayan “Neftçi” son cəhddə olduğu kimi yenə ilk rəqibə “boyun əyməmək” üçün xeyli əziyyət çəkməlidir. Bakıda Sloveniya “Koper”inə uduzan Böyükağa Hacıyevin yetirmələri səfərdə ən azı 2 qol vurmalıdır. Bu isə kiçik möcüzə sayılır. Ən azı Bakıdakı oyuna əsasən bunu gözlənək çətindir.

 

Komandalarımız indiyədək Sloveniya klubları ilə bacarmayıb. Bu üzdən də “ağ-qaralar” həm də tilsimi qırmalıdır. Lakin 1:2 hesablı ev məğlubiyyətinin əvəzini çıxmaq da asan olmayacaq. Çünki balkanlılar qol buraxmamaq üçün əlindən gələni edəcək. Meydan sahiblərinə azarkeş dəstəyi də kömək edəcək.

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

24 iyul

 

21:00. "İnter" - "Elfsborq" (İsveç)

Baş hakim: Stanislav Todorov

Baş hakimin köməkçiləri: Ivo Kolev, Martin Venev

Dördüncü hakim: Nikolay Yordanov

(Hakimlər briqadası Bolqarıstandandır)

UEFA nümayəndəsi: Crawford Wilson (Şimali İrlandiya)

Hakim-inspektor: Gudmunder Ingi Jonsson (İslandiya)

"Şəfa" stadionu

 

23:30. "Koper" (Sloveniya) - "Neftçi"

Baş hakim: Benoit Millot

Baş hakimin köməkçiləri: Stephan Luzi, Cyril Saint Cricq Lompre

Dördüncü hakim: Sebastien Moreira

(Hakimlər briqadası Fransadandır)

UEFA nümayəndəsi: Tormod Larsen (Norveç)

Hakim-inspektor: Alfredo Trentalange (İtaliya)

Koper. SRC Bonifika stadionu

 

0