Löv Almaniya yığmasının baş məşqçisi postunda qaldı
23.07.2014 - 19:33
Löv Almaniya yığmasının baş məşqçisi postunda qaldı

 

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv postunda qalacağını bəyan edib. Apasport.az saytının məlumatına görə, bu barədə Almaniya Futbol İttifaqının saytında məlumat verilir.

 

Löv ən azı 2 il postunda qalacağını vurğulayıb: “Hazırda Almaniya yığmasında işimi davam etdirməkdən yaxşı heç nə fikirləşə bilmirəm. Fransada keçiriləcək Avro-2016-ya düşmək üçün bir yerdə çalışacağıq. Mən bu postda işlədiyim ilk gündə olduğum kimi həvəsliyəm”.

 

Yoahim Löv milli komandaya 2006-cı ildən başçılıq edir. Buna qədər 2 il müddətində millinin keçmiş baş məşqçisi Yurqen Klinsmannın köməkçisi olub. Bu il Braziliyada keçirilən dünya çempionatında əsas mükafatı qazanıb.

 

 

0