“Monako” Torresi istəyir
24.07.2014 - 01:30
“Monako” Torresi istəyir

 

Fransanın “Monako” klubu İspaniyanın və “Çelsi”nin hücumçusu Fernando Torreslə güclənə bilər. Apasport.az saytının məlumatına görə, fransız klubu hücumçuya görə 20 milyon funt verməyə hazırdır.

 

Torresin transferi ilə bağlı danışıqların ən qısa zamanda başlayacağı planlaşdırılır. Qeyd edək ki, bundan əvvəl Torreslə “Atletiko Madrid”in də maraqlandığı iddia olunurdu.

 

 

0