Taffarel “Qalatasaray”dan getdi
24.07.2014 - 03:26
Taffarel “Qalatasaray”dan getdi

 

“Qalatasaray” futbol klubunun qapıçılar üzrə məşqçisi Klaudio Taffarellə bağlı iddialara son qoyulub. Apasport.az saytının məlumatına görə, Braziliya millisinin yeni baş məşqçisi Karlos Dunqa Taffarelin yığmanın qapıçılar üzrə məşqçisi olacağını bildirib.

 

Dunqa Braziliya yığmasının milli komandalar üzrə koordinatoru Gilmar Rinaldi ilə birgə keçirdiyi mətbuat konfransı zamanı Taffarelin adını rəsmən açıqlayıb. İndi bütün diqqət “Qalatasaray” klubu rəhbərliyinin və yeni baş məşqçi Klaudio Prandellinin bu təyinata necə reaksiya verəcəyinə yönəlib.

 

 

0