Arda “Qalatasaray”a rəqib olur
24.07.2014 - 05:10
Arda “Qalatasaray”a rəqib olur

 

“Qalatasaray” və “Atletiko Madrid” arasında keçiriləcək matçın tarixi və keçiriləcəyi yer bəlli olub. Apasport.az saytının məlumatına görə, Soma faciəsi qurbanlarına kömək etmək məqsədilə planlaşdırılan matç avqustun 6-da İzmirdə keçiriləcək.

 

İzmir Atatürk stadionunda oynanılacaq matçın biletlərinin satışına yaxın günlərdə başlanılacaq. Qeyd edək ki, matçdan toplanılan bütün vəsait Somada baş verən mədən qəzası nəticəsində ölənlərin ailələrinə veriləcək.

 

Xatırladaq ki, ötən mövsüm “Atletiko” ilə bir yerdə İspaniya çempionu olan və Çempionlar Liqasının finalına çıxan Arda Turan “Qalatasaray”ın yetirməsidir.

 

 

0