“Koper”in futbolçusu: Bakıdakı kimi oynamalıyıq
24.07.2014 - 08:38
“Koper”in futbolçusu: Bakıdakı kimi oynamalıyıq

“Bakıdakı qələbədən sonra arxayınlaşmamalıyıq. “Neftçi” çox güclü komandadır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Koper” klubunun futbolçusu Metyu Palçiç deyib.

 

Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə cavab oyunu ərəfəsində keçirilən mətbuat konfransına qatılan futbolçu ilk oyundakı 2:1 hesablı qələbədən sonra hər şeyin həll olunmadığını bildirib: “Onları qiymətləndirməmək olmaz. Lakin biz də ilk oyunda nəyə qadir olduğumuzu göstərdik. Bakıdakı kimi oynamalıyıq. Onda uğur bizim tərəfimizdə olacaq”.

0