Azərbaycan çempionu 2 amerikalını transfer etdi - FOTO
24.07.2014 - 09:14
Azərbaycan çempionu 2 amerikalını transfer etdi - FOTO

“Rabitə” heyətini gücləndirməkdə davam edir. Apasport.az saytının məlumatına görə, son illərin dəyişməz Azərbaycan çempionu daha 2 amerikalı voleybolçunu heyətinə qatıb.

 

Belə ki, Bakı təmsilçisi azad agent Heyli Yakob və son mövsümü “Nebraski”də keçirən Morqan Brokhuyslə anlaşıb. Hər 2 oyunçu növbəti 3 ildə komandamızın şərəfini qoruyacaq. Onların təcrübələrini artırmaları üçün “Telekom”da çıxış etmələri də istisna deyil.

 

Qeyd edək ki, Yakob libero olduğu halda, Brokhuys hücumçudur və toppaylayıcı mövqeyində də adından söz etdirməyi bacarır.

0