“Qarabağ” hazırlıqlara start verdi
24.07.2014 - 13:48
“Qarabağ” hazırlıqlara start verdi

“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsinə hazırlığa start verib. Apasport.az saytının məlumatına görə, Maltanın “Valletta” klubunu mübarizədən kənarlaşdırdıqdan sonra 1 günlük istirahətə buraxılan Ağdam təmsilçisinin futbolçuları məşqləri bərpa edib.

 

İyulun 30-da Bakıdakı ilk oyunda Avstriyanın “Zalsburq” klubunu qəbul edəcək Qurban Qurbanovun yetirmələri qarşılaşmaya hazırlıq məqsədilə ilk məşqini keçirib.

 

Qeyd edək ki, “Qarabağ” – “Zalsburq” matçı saat 20:30-da başlayacaq.

0