“İnter”də 5 yubilyar
24.07.2014 - 14:00
“İnter”də 5 yubilyar

Avropa liqasının II təsnifat mərhələsinin İsveç “Elfsborq”u ilə cavab oyunu “İnter”in 5 futbolçusu üçün yubileylə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 4 legioner və 1 yerli oyunçu qitə miqyaslı turnirlərdə əlamətdar matçına çıxacaq.

 

Laşa Salukvadze ilə Slavço Georgiyevski Avropa Liqasında müvafiq olaraq, 20-ci və 15-ci oyunlarını keçirəcək. Asif Məmmədov isə avrokuboklarda ümumilikdə 15-ci qarşılaşmasına çıxa bilər.

 

Karyerası ərzində qitə miqyasında yalnız Avropa Liqasında oynamış Mikel Alvaro və İvan Benites isə ikiqat yubiley qeyd edəcək. Sonuncu həm avrokubokda, həm də bu turnirdə 5-ci, Mikel isə 10-ci oyununda iştirak edəcək.

0