Flavinyo: Hələ heç nə itirilməyib
24.07.2014 - 16:32
Flavinyo: Hələ heç nə itirilməyib

“Biz ilk oyunda doğma meydanda uduzmuşuq. Amma inanıram ki, bu gün məğlubiyyətin əvəzin çıxa biləcəyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo deyib.

 

Bu gün Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyununda Sloveniyada “Koper”in qonağı olacaq “ağ-qaralar”ın kapitanı 2 qol vurub növbəti mərhələyə adlayacaqlarını bildirib: “Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Düşünürəm ki, bu gün 2 qol vurub III mərhələyə vəsiqə qazanacağıq. Hələ heç nə itirilməyib. Hər kəs “Neftçi”nin mərhələ keçə bilməyəcəyini düşünür. Amma bu əsla belə deyil. Biz inanırıq və əlimizdən gələn hər şeyi edəcəyik”.

 

Qeyd edək ki, “Neftçi” öz meydanında “Koper”ə 1:2 hesabı ilə uduzub.

0