AZAL Kostadinovu bəyəndi
24.07.2014 - 17:14
AZAL Kostadinovu bəyəndi

Türkiyədə təlim-məşq toplanışını davam etdirən AZAL-ın baş məşqçisi Tərlan Əhmədov bir neçə futbolçunu sınaqdan keçirir. Apasport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı baxışda olan futbolçulardan birini bəyənib.

 

Belə ki, o, bolqarıstanlı yarımmüdafiəçi Tomi Kostadinovu heyətə qatacaq. Əhmədov futbolçunu bəyəndiyini rəhbərliyə bildirib. Bu gün və ya sabah 23 yaşlı yarımmüdafiəçi ilə rəsmi müqaviləyə qol çəkiləcək.

 

Qeyd edək ki, Asif Mirili, Novruz Məmmədov, Eltun Yaqublu, Təmkin Xəlilzadə, Stanislav Namaşko, Orxan Lalayev , Luis Ramosu heyətinə qatıb. 

0