Azərbaycanlı hakim İsrail – Macarıstan oyununda
24.07.2014 - 17:00
Azərbaycanlı hakim İsrail – Macarıstan oyununda

FİFA referi köməkçisi Yaşar Abbasov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində növbəti təyinat alıb. Apasport.az xəbər verir ki, o, iyulun 25-də keçiriləcək İsrail - Macarıstan qarşılaşmasının yan xətt hakimlərindən biri olacaq.

 

Oyunu şotlandiyalı FİFA referisi Kevin Con Klensi idarə edəcək. Digər laynsman Qylfi Mar Siqurdsson (İslandiya), dördüncü hakim isə Xavyer Estrada Fernandes (İspaniya)  olacaq.

 

Qeyd edək ki, turnir Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilir.

 

0