“Neftçi” də 2 yubiley
24.07.2014 - 17:41
“Neftçi” də 2 yubiley

Avropa Liqasının II təsnifat mərhələsinin bu gün Sloveniyada keçiriləcək oyunu “Neftçi”nin iki futbolçusu üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Koper”lə qarşılaşma Araz Abdulalyev və Erik Ramos üçün yubiley xarakteri daşıyacaq.

 

Hər iki yarımmüdafiəçi avrokuboklarda 15-ci matçına çıxacaq. Araz bu oyunlarda 1 qol vurubsa, paraqvaylı fərqlənməyib.

 

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

0