[b]Adrian Pit: “Xəzər Lənkəran”la problemim ola bilməz[/b]
24.07.2014 - 17:29
[b]Adrian Pit: “Xəzər Lənkəran”la problemim ola bilməz[/b]

“Növbəti mövsümdə hansı klubda çıxış edəcəyim hələ bəlli deyil. Bir neçə real təklif olsa da, qərarımı verməmişəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın sabiq futbolçusu Adrian Pit deyib.

3 ildən artıqdı “ağ-yaşıllar”ın formasını geyinən rumıniyalı legionerin cənub təmsilçisindən narazı qaldığı və məhkəməyə üz tutduğu deyilirdi.

Bununla bağlı əməkdaşımızla söhbətində Pit bildirib ki, öhdəliyini yerinə yetirəcəyi təqdirdə “Xəzər Lənkəran”la heç bir problemi ola bilməz: “Xəzər Lənkəran”da çıxış edən bəzi futbolçularla mütəmadi əlaqə saxlayıram. Komandanın heyətinə yeni futbolçuların gəldiyindən məlumatım var. Bu klubda 3 ildən artıq müddət ərzində çıxış etmişəm. Düzdür, bu dövrdə müəyyən problemlər də oldu, amma vacib olan ayrıldığımız zaman “Xəzər Lənkəran”ın öz öhdəliklərini yerinə yetirməsidi. Klub öhdəliyini yerinə yetirdisə, mənim klubla problemim ola bilməz. İndi isə bütün fikirlərim növbəti mövsümlə bağlıdı”.

0