Van Qal “Mançester Yunayted”də darmadağınla başladı
24.07.2014 - 21:25
Van Qal “Mançester Yunayted”də darmadağınla başladı

 

“Mançester Yunayted” futbol klubu yoldaşlıq görüşündə “Los-Anceles Qelaksi”ni darmadağın edib. Apasport.az saytının məlumatına görə, bu oyun komandanın yeni baş məşqçisi Lui Van Qalın debüt matçı olub.

 

Matç Los-Ancelesdə baş tutub və 7:0 hesabı ilə başa çatıb. Qolları Ueyn Runi (42, 45), Ris Ceyms (62,84), Eşli Yanq (88, 90) və Denni Uelbek (13) vurublar.

 

Lui Van Qal “Mançester Yunayted”in baş məşqçisi postunda Devid Moyesi əvəz edib. Mançestr klubu Moyesin başçılığı altında ötən il İngiltərə çempionatında yeddinci yeri tutub və avrokuboklara düşə bilməyib.

 

 

0