Lempard “Nyu-York Siti”nin futbolçusu oldu
24.07.2014 - 22:58
Lempard “Nyu-York Siti”nin futbolçusu oldu

 

“Çelsi”nin keçmiş yarımmüdafiəçisi Frenk Lempard Amerikanın “Nyu-York Siti” klubuna keçib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı futbolçunun MLS komandası ilə müqaviləsi 2 il üçün nəzərdə tutulub.

 

Lempard “Çelsi”nin heyətində 13 il ərzində oynayıb. O, “zadəganlarla” bir yerdə 3 dəfə İngiltərə çempionu olub, Çempionlar Liqasında və Avropa Liqasında qalib gəlib. Futbolçu dörd dəfə İngiltərə Kubokunun, iki dəfə Liqa Kubokunun qalibidir. O, İngiltərə yığmasının heyətində 106 oyun keçirib və 29 qol vurub.

 

 

0