[b]Rövnəq Abdullayev: “İnter”in bəxti gətirmədi[/b]
25.07.2014 - 00:14
[b]Rövnəq Abdullayev: “İnter”in bəxti gətirmədi[/b]

 

AFFA prezidenti Rövnəq Abdullayev “İnter”in öz meydanında “Elfsborq”a məğlub olmasını şərh edib. Apasport.az saytının məlumatına görə, AFFA prezidenti “İnter”in qələbə əzmini alqışlayıb.

 

Rövnəq Abdullayev bildirib ki, “İnter” uzun müddət azlıqda oynasa da, futbolçular sona qədər mübarizə aparıblar: “Hiss olunurdu ki, onlar qələbəni çox arzu edirlər. Amma isveçlilərin bəxti gətirdi. Penaltilər seriyası lotereyadır”.

 

 

0