[b]“Neftçi” “Çuxura” ilə üz-üzə gələcək[/b]
25.07.2014 - 01:37
[b]“Neftçi” “Çuxura” ilə üz-üzə gələcək[/b]

 

Avropa Liqasının II təsnifat mərhələsində “Koper”ə rəqib meydanında 2:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə keçən “Neftçi”nin rəqibi bəlli olub. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” III təsnifat mərhələsində Gücrüstanın “Çuxura” klubu ilə görüşəcəklər.

 

“Çuxura” II təsnifat mərhələsində Türkiyənin “Bursaspor” klubu ilə qarşılaşıb. Həm Türkiyədə keçirilən birinci oyun, həm də Gürcüstandakı ikinci oyun 0:0 hesabı ilə başa çatıb. Əlavə olunan vaxt da qalibi müəyyənləşdirmədiyindən, oyundan sonrakı penaltilər seriyası təyin olunub. Penaltilər seriyasında “Çuxura” daha dəqiq olaraq (4:1), növbəti mərhələyə adlayıb.

 

Qeyd edək ki, “Neftçi” və “Çuxura” bu mövsümə hazırlıq zamanı Türkiyədə 2 yoxlama oyununa çıxıblar. “Neftçi” ilk oyunda gürcülərə 3:2 hesabı ilə məğlub olub. İkinci yoxlama görüşü isə 1:1 hesabı ilə başa çatıb.

0