“Barselona” Suareslə bağlı apelyasiyaya hazırlaşır
25.07.2014 - 02:43
“Barselona” Suareslə bağlı apelyasiyaya hazırlaşır

 

“Barselona” klubu yeni transferi Luis Suaresin işi ilə bağlı Lozannadakı İdman Arbitraj Məhkəməsinə müraciət etmək üçün sənədlər hazırlayır. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu uruqvaylı futbolçunun diskvalifikasiyasının bir hissəsinin ləğv olunmasına çalışır.

 

“Barsa” ümid edir ki, məhkəmə kluba güzəştə gedərək, Suaresin ancaq Uruqvay millisi ilə bağlı diskvalifikasiyasını qüvvədə saxlayacaq. Vəziyyətlə yaxından maraqlanan mənbələr “Barselona”nın xahişinin qəbul edilməsi ehtimalının yüksək olduğunu bildirirlər.

 

 

0