“Real” Rodriqesin formasından 2,5 milyon qazandı
25.07.2014 - 03:39
“Real” Rodriqesin formasından 2,5 milyon qazandı

 

“Real Madrid” klubu yeni transferi Xames Rodriqesə xərclədiyi pulu bir hissəsini geri qaytarıb. Apasport.az saytının məlumatına görə, klub Rodriqesin adı olan futbolkanın satışından 2,5 milyon avro qazanıb. “Real” bir neçə gün ərzində ən azı 50 min forma satıb.

 

Xatırladaq ki, “Real” Xames Rodriqesin alınması barədə baza günü məlumat yayıb. Elə həmin gün “Santyaqu Bernabeu” stadionuna toplaşan 30 min azarkeş önündə futbolçu rəsmən təqdim olunub. Qeyri rəsmi məlumatlara görə, kral klubu kolumbiyalı futbolçuya görə “Monako”ya 80 milyon avro ödəyib.

 

 

0