Mourinyo: Fantastik qapıçılarım var
25.07.2014 - 04:36
Mourinyo: Fantastik qapıçılarım var

 

“Çelsi”nin baş məşqçisi Joze Mourinyo qapıçı seçimi barədə danışıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı mütəxəssis əsas qapıçının kim olacağını hələ də müəyyən etməyib.

 

Mourinyo mövsüm öncəsi fantastik seçim qarşısında qaldığını vurğulayıb: “Komandada Petr Çex və Tibo Kurtua kimi iki qapıçının olması istənilən məşqçinin arzusudur. Bizim heyətimizdə planetin ən yaxşı gənc qapıçısı və ən təcrübəli 3-5 qapıçıdan biri var. Bu, mənim üçün və klub üçün ideal vəziyyətdir. Məşqçi üçün lazımi oyunçuların olmaması fəlakətdir. Komanda formalaşanda xoşbəxt oluram. Bəli, biz mürəkkəb məsələləri həll etməli oluruq. Amma bu bizim işimizdir. Bu mövsüm “Çelsi”nin qapısında kimin dayanacağının əhəmiyyəti yoxdur. O, etibarlı müdafiə olacaq”.

 

 

0