İspaniya Superkubokunun keçirilmə tarixi bəlli oldu
25.07.2014 - 06:14
İspaniya Superkubokunun keçirilmə tarixi bəlli oldu

 

İspaniya Superkuboku uğrunda matçların keçirilmə vaxtı müəyyən olub. Apasport.az saytının məlumatına görə, “Real” və “Atletiko” Superkubokun taleyini avqustun 19-da və 22-də keçiriləcək matçlar zamanı müəyyən edəcəklər.

 

İspaniya Kubokunun sahibi olan “Real Madrid” “Atletiko”nu avqustun 19-da “Santyaqo Bernabeu”da qəbul edəcək. İspaniya çempionu olan “Atletiko Madrid” isə avqustun 22-də “Visente Kalderon” stadionuna ev sahibi kimi çıxacaq.

 

Xatırladaq ki, “Real” İspaniya Superkubokunu 9 dəfə, “Atletiko” isə 3 dəfə əldə edə bilib.

 

 

0