Qvardiola: Riberi artıq bu həftə meydana çıxacaq
25.07.2014 - 06:49
Qvardiola: Riberi artıq bu həftə meydana çıxacaq

“Bavariya”nın fransız əsilli futbolçusu Frank Riberi artıq bu həftənin sonunda komandanın tərkibində meydana çıxa biləcək. Apasport.az saytının məlumatına görə, bu barədə baş məşqçi Pep Qvardiola bildirib.

 

Xatırladaq ki, Riberi belindəki zədə səbəbindən Braziliyada keçirilən dünya çempionatını buraxmalı olub. Fransa mundialda Riberisiz 1/4 finala kimi irəliləyib. Futbolçu ötən mövsüm Bundesliqada 22 oyunda iştirak edib, 10 qol vurub və 10 məhsuldar ötürmə edib.

 

Qvardiola Riberinin zədəsinin artıq sağaldığını vurğulayıb: “Bu həftə keçirilən məşqlərdə özünü yaxşı hiss edirdi və yaxşı oyun göstərirdi. Güman edirəm ki, “Hamburq”la oyunda bir neçə dəqiqəlik meydana çıxa bilər”.

 

 

0