“Neftçi” ilə oyunun taleyini təcrübə həll etdi”
25.07.2014 - 08:17
“Neftçi” ilə oyunun taleyini təcrübə həll etdi”

“Neftçi” ilk oyundakından daha yaxşı oynadı. Futbolçularımı meydandakı göstərdikləri, döyüşkənlik, istəyə görə təşəkkür edirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Sloveniyanın “Koper” klubunun baş məşqçisi Rodolfo Vanoli deyib.

 

Mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Neftçi” ilə oyunundakı 0:2 hesablı məğlubiyyətə şərh verib: “Komandamız Avropa təcrübəsinə malik deyil. Elə bu amil də  həlledici rol oynadı. “Neftçi” ilə oyunun taleyini təcrübə həll etdi. “Neftçi” irəli atılsa da, biz ilk yarıda öz oyunumuzu oynayırdıq. Lakin sonra qırmızı vərəqə aldıq. Hakimin qərarını şərh etməyəcəm. İndi bunun əhəmiyyəti yoxdur. Müdafiədən oynamağımız heç də seçdiyimiz taktika deyildi. Doğma azarkeş önündə oynamağın məsuliyyəti və uduzmaq qorxusu futbolçulara təsir edirdi. Bunun da əsl səbəbi təcrübəsizlikdir. Lakin yolumuza davam etməliyik. Yenidən daxili çempionatda yaxşı çıxış etməli və növbəti mövsüm də avrokuboklara çıxmalıyıq”.

0