“Əvvəlki Asifi hiss etmirəm” - MÜSAHİBƏ
25.07.2014 - 10:02
“Əvvəlki Asifi hiss etmirəm” - MÜSAHİBƏ

Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubu ilə qarşılaşan Bakı “İnter” klubunun futbolçusu Asif Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Səfərdə 1:0 hesabı ilə uduzduğunuz “Elfsborq”a eyni hesabla məğlub olduz. Necə düşünürsünüz, oyunun taleyi İsveçdə həll edilməliydi?

- Həm orda, həm də burda həll edilməli idi. Sadəcə, startda hakim kobud səhvə yol verdi. Sarı vərəqə göstərsəydi, yaxşı olardı. Kaş qırmızı yox, sarı verəydi və penaltiləri qol olaydı. 11 nəfərlə mübarizə aparsaydıq, onları udacaqdıq. Azlıqda qaldıqdan sonra da şanslarımız oldu. Xüsusilə də özümün qaçırdığım epizodu qeyd etmək istərdim.

 

- Hakim penalti qərarı ilə razılaşırsınız?

- Orda penalti var idi, amma vərəqəni düzgün seçmədi. Qırmızı yox, sarı göstərməli idi. Çünki rəqib hücumçunun ayağı topa çatmırdı.

 

- Qapıçı ilə təkbətək qaldığınız epizodda qol vurmağınıza nə mane oldu? Həyəcanınınız ı boğa bilmədiniz, yoxsa..?

- Həyəcanlı deyildim. Son anda top ayağımdan “çıxdı”. İstəyirdim ki, qapıçını da keçim, sonra zərbə endirim. Ancaq top sanki “qaçdı”.

 

- “Tiraspol”la cavab oyununda da əvəzləndiniz. Budəfədə meydana sonradana girməyinizə rəğmən, yenə baş məşqçi sizi komanda yoldaşınızla dəyişməyi məqbul saydı.

- Ola bilsin, həmin epizodu qaçırdığıma görə baş məşqçi məni əvəzlədi. Çünki artıq bütün diqqətim qaçırdığım epziodun yanında qalmışdı. Psixoloji baxımdan oyundan qopmuşdum. Baş məşqçinin düzgün addım atdığını düşünürəm.

 

- Bəs problem nədədir? Nə çatmır?

- Çox işləməliyəm. Məşqlərdə də özümdən razı qalmıram. Əvvəlki Asifi hiss etmirəm.

 

- “İnter” indiyə qədər iki mərhələ adlaya bilməyib. Komandanız üçüncü dəfədir ki, penaltilər seriyasında uduzur. Bu qədər avrokuboklarda oynamağınıza rəğmən, bu sizdə niyə alınmır?

- Həmişəki kimi yenə bəxtimiz gətirmədi. 10 nəfərlə qalsaq belə, rəqibdən üstün oynadıq, daha çox qol epizodu yaratdıq. Təəssüf ki, istifadə edə bilmədik. Yaranmış sindromu qırmalı idik.

 

- Azarkeşlərin xüsusilə də sizə qarşı etirazı var idi.

- Olmalıdır da. Mən də azarkeş olsaydım, həmin epizodu qaçırsan futbolçuya belə etiraz edərdim. Hətta daha sərt şəkildə etiraz edərdim. Deyərdim ki, onlar üzərimə çox gəlsələr, yaxşı olar. Bu qədər azarkeşin izlədiyi oyunu uduzmamalı idik.

0