AZAL-da 2 illik müqavilə - FOTO
25.07.2014 - 10:14
AZAL-da 2 illik müqavilə - FOTO

Yeni mövsümə hazırlıqlarını Boluda davam etdirən AZAL heyəti gücləndirmək yolunda daha bir addım atıb. Apasport.az saytının məlumatına görə, komandamız bolqar yarımmüdafiəçi Tomi Kostadinov ilə münasibətləri rəsmiləşdirib. 23 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb. 


Tomi buna qədər vətənində Sofiya ÇSKA-sı, “Bdin”, “Çavdar” və Yunanıstanda “Xanya” klublarının şərəfini qoruyub. Kostadinov Bolqarıstan gənclər yığmasında (U-21) 5 oyuna 1 qol vurmağa da nail olub. 

 

0