“Fənərbaxça”nın arzusu ürəyində qaldı
25.07.2014 - 10:33
“Fənərbaxça”nın arzusu ürəyində qaldı
İsveçrənin Federal Məhkəməsi Türkiyənin “Fənərbaxça” klubunun şikayətinə baxıb.

 

Apasport.az saytının məlumatına görə, məhkəmə CAS-ın (İdman Arbitraj Məhkəməsi) qərarının ləğvi və icrasının dayandırılmasını tələb edən İstanbul təmsilçisinin müraciətini araşdıraraq, yekun qərarını açıqlayıb.

 

Məhkəmə “Fənərbaxça”nın iddiasını yersiz sayıb, tələbini rədd edib. Nəticədə UEFA-nın çıxardığı qərar qüvvədə qalıb.

 

Qeyd edək ki, oyun alqı-satqısında iştiraka görə UEFA tərəfindən avrokuboklardan kənarlaşdıran “sarı-lacivərdlilər” həmin qərardan CAS-a şikayət etmişdi. Sonuncular isə bu qərarı qüvvədə saxlamışdı.

0