AZAL-ın yeni transferi: Avrokuboklara qatılmaq istəyirik
25.07.2014 - 10:49
AZAL-ın yeni transferi: Avrokuboklara qatılmaq istəyirik

“AZAL ilə müqavilə imzaladığıma görə çox şadam. Bura azarkeşlərə xoş anlar yaşatmaq üçün gəlmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-ın yeni transferi Tomi Kostadinov deyib.

 

Bolqarıstanlı futbolçu yeni komandası ilə 2 illik müqavilə imzaladıqdan sonra klubun rəsmi saytına açıqlama verib: “Komandam ilə qələbə qazanmaq üçün meydanda var gücümü qoyacam. Qələbə üçün hər şeyimi verməyə hazıram. Yaxşı mövsüm keçirib avrokuboklara qatılmaq istəyirik. Ümid edirəm ki, sonda istəyimizə çata biləcəyik”. 

 

0