[b]Avropa Liqasında III mərhələnin cütləri müəyyənləşdi[/b]
25.07.2014 - 11:09
[b]Avropa Liqasında III mərhələnin cütləri müəyyənləşdi[/b]

Avropa Liqasında III təsnifat mərhələsinin cütləri müəyyənləşib. Apapsort.az saytının məlumatına görə, qarşıdakı raundun 58 iştirakçısının tam siyahısı dəqiqləşib.

 

Üz-üzə gələcək 29 cütdən biri Azərbaycan təmsilçisinin iştirakı ilə keçiriləcək. Azərbaycan kubokunun qalibi “Neftçi” Gürcüstan “Çixura”sı ilə üz-üzə gələcək.

 

Avropa Liqası

III təsnifat mərhələsi

(31 iyul – 7 avqust) 

“Karabükspor” (Türkiyə) - “Rusenborq” (Norveç)

“Çernomorets” (Ukrayna) - “Split” (Xorvatiya)

“Sent-Conston” (Şotlandiya) - “Spartak” (Trnava, Slovakiya)

“Mayns” (Almaniya) - “Asteras” (Yunanıstan)

“Dioşdyor” (Macarsıtan) - “Krasnodar” (Rusiya)

“Mlada Boleslav” (Çexiya) - “Lion” (Fransa)

“Trençin” (Slovakiya) - “Hall Siti“ (İngiltərə)

“Omoniya” (Kipr) - “Metallurq” (Makedoniya)

“Torino” (İtaliya) - “Brommapoykarna” (İsveç)

PSV (Hollandiya) - “Sankt-Polten” (Avstriya)

“Styarnan” (İslandiya) - “Lex” (Polşa)

“Zarya” (Ukrayna) - “Molde” (Norveç)

“Sarayevo” (Bosniya və Herseqovina) - “Atromkiitos” (Yunanıstan)

“Real Sosyedad” (İspaniya) - “Aberdin” (Şotlandiya)

“Astana” (Qazaxıstan) - AİK (İsveç)

“Zulte-Varegem” (Belçika) - “Şaxtyor” (Belarus)

“Qrödiq” (Avstriya) - “Zimbru” (Moldova)

“Astra” (Rumıniya) – “Slovan” (Çexiya)

“Rux” (Polşa) - “Esbyerq” (Danimarka)

“Dinamo” (Moskba, Rusiya) - “Hapoel” (Kiryat-Şmona, İsrail)

“Yanq Boyz” (İsveçrə) - “Ermis” (Kipr)

“Elfsborq” (İsveç) - “Hafnarfyordur” (İslandiya)

“Petrolul” (Rumıniya) - “Viktoriya” (Çexiya)

“Vikinqur” (Farer adaları) - “Riyeka” (Xorvatiya)

“Dinamo” (Belarus) - ÇFR (Rumıniya)

“Neftçi” (Azərbaycan) - “Çixura” (Gürcüstan)

“Höteborq” (İsveç) - “Rio Ave” (Portuqaliya)

“Brügge” (Belçika) - “Bröndbü“ (Danimarka)

“Şaxtyor” (Qazaxıstan) - “Hayduk” (Xorvatiya)

0