Türkiyədə qalmaqallı matçda iştirak edən Azərbaycan “klubu” müəyyənləşdi
25.07.2014 - 11:27
Türkiyədə qalmaqallı matçda iştirak edən Azərbaycan “klubu” müəyyənləşdi

Türkiyənin “Gənclərbirliyi” klubunun yoxlama oyununda qalmaqal qeydə alınıb. Apasport.az saytının məlumatına görə, Boluda baş tutan qarşılaşmadan sonra qonşu ölkə mətbuatı Superliqa təmsilçisinin Azərbaycan klubu ilə görüşündə dava-dalaş düşdüyü haqda xəbər yayıb.

 

Lakin “Gənclərbirliyi”nin 2:1 hesabı ilə qalib gəldiyi görüşdə türkiyəlilərin rəqibi başqa ölkədən olub. Belə ki, klubun rəsmi saytında ilk yoxlama oyunundakı rəqib Gürcüstan “Kolxeti”sidir. Qalmaqal da məhz bu oyunda düşüb.

 

0