Penalti vurmağı öyrənin!
25.07.2014 - 13:21
Penalti vurmağı öyrənin!

Azərbaycan klubları penalti zərbələrini vurmaqda çətinlik çəkir. Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz avrokuboklarda penaltilər seriyasında qələbə qazanmayıb.

 

Avropa Liqasının II təsnifat mərhələsində İsveçin “Elfsborq” klubuna uduzan “İnter” də bu uğursuz ənənənin davamçısı olub. Bakılılar “Şəfa”dakı qarşılaşmayadək qeydə alınan 4 penaltilər seriyasında olduğu kimi “lotereya”da yenilib.

 

Bunadək 2 dəfə “İnter”in özü, hərəyə 1 dəfə isə “Bakı fəhləsi” ilə “Bakı” seriyalarda mübarizəni dayandırıb. Bu dəfə uduzması isə “bankirlər”in 3-cü, Azərbaycan klublarının 5-ci belə uğursuzluğu olub.

 

1998/99

İntertoto kuboku

I mərhələ

“İnkaras (Litva) – “Bakı fəhləsi” - 1:0

“Bakı fəhləsi” - “İnkaras (Litva) - 1:0, pen. 4:5

2007/08

İntertoto kuboku

I mərhələ

“Bakı” – “Daçiya” (Moldova) - 1:1

“Daçiya” (Moldova) – “Bakı” - 1:1, pen.3:1

2010/11

Çempionlar Liqası

II təsnifat mərhələsi

“İnter” – “Lex” (Polşa) - 0:1

“Lex” (Polşa) – “İnter” - 0:1, pen. 9:8

2012/13

II təsnifat mərhələsi

“İnter” – “Asteras Tripolis” (Yunanıstan) - 1:1

“Asteras Tripolis” (Yunanıstan) – “İnter” - 1:1, pen 4:2

2014/15

II təsnifat mərhələsi

“Elfsborq” (İsveç) – “İnter” – 0:1

“İnter” – “Elfsborq” (İsveç) – 0:1, pen. 3:4

 

0