AZAL da afrikalı futbolçu
25.07.2014 - 14:26
AZAL da afrikalı futbolçu

 

Türkiyənin Bolu şəhərində hazırlıqları davam etdirən AZAL baxışa daha bir futbolçu dəvət edib. Apasport.az xəbər verir ki, “təyyarəçilər”in baş məşqçisi Tərlan Əhmədov konqolu hücumçu Freddi Mombongo-Duesi sınaqdan keçirəcək.

 

Karyerası əsasən Belçika ilə bağlı olan forvard peşəkar karyerasına bu ölkənin “Standart” klubunda başlayıb. Cəmi bir mövsüm burada oynayan Freddi 4 oyunda meydana çıxıb və fərqlənə bilməyib. Sonra Belçikanın ikinci dəstə təmsilçisi “Eypen”ə gedən 28 yaşlı futbolçu bu klubda 77 matçda forma geyinib və 30 qola imza atıb.

 

2011-ci ildə yenə ikinci liqada oynayan “Mons”a transfer olunan afrikalı cəmi 13 oyunda meydana çıxıb və rəqib qapılarına yola tapa bilməyib. 2012-ci ildən “Antverpen”in heyətində topa qovan hücumçu 37 oyunda 13 qol vurmağı bacarıb.

0