[b]“Neftçi” 40-a çatdı[/b]
25.07.2014 - 15:31
[b]“Neftçi” 40-a çatdı[/b]

Avropa Liqasının II təsnifat mərhələsinin “Koper”lə Sloveniyadakı oyununda vurulan ilk qol “Neftçi” üçün tarixi əhəmiyyət kəsb edib. Apasport.az saytının məlumatına görə, Bakı klubu avrokuboklarda vurulan qollarının sayını 40-a çatdırıb.

 

Yubiley qolunun müəllifi Mirhüseyn Seyidov olub. Avrokuboklarda 46-cı qarşılaşmasını keçirən “ağ-qaralar”ın matçdakı növbəti, həm də sonuncu qolu isə 41-ci olub.

 

“Neftçi” avrokuboklardakı qol sayında Azərbaycan klubları arasında 2-cidir. Bakılılar yalnız “Qarabağ”dan geri qalır.

 

Qeyd edək ki, “Neftçi”nin avrokuboklardakı ilk qolunu 1996-cı il iyulun 17-də Vidadi Rzayev vurub. Yarımmüdafiəçi Sofiya “Lokomotiv”i ilə matçın 57-ci dəqiqəsində Bolqarıstan təmsilçisini məyus edib.

0