“Neftçi”dən 6, “Qarabağ”dan 5 addım
25.07.2014 - 15:41
“Neftçi”dən 6, “Qarabağ”dan 5 addım

UEFA-nın klubların yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının xəbərinə görə, II təsnifat mərhələsinin yekunlarının da əks olunduğu siyahıda Azərbaycanın 7 komandası da yer alıb.

 

Təmsilçilərimiz arasında ən yaxşı göstərici vaxtilə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmış "Neftçi"yə məxsusdu. Paytaxt təmsilçisi 454 komanda arasında 181-ci sıradadı. Son 1 həftədə 6 addım irəliləyən bakılılar 8,075 xala malikdir.

 

Mövqeyini 5 pillə yaxşılaşdıran "Qarabağ" 7,575 xalla 192-ci yerdədir. "İnter" isə  4,575 xalla 267-ci yerdən 271-ə düşüb.

 

Hərəyə iki pillə geriləyən komandalarımızdan "Xəzər Lənkəran" 3,825 xalla 300-cü, "Bakı" 2,825 xalla 351-cidi. "Qəbələ" və AZAL eyni xalla (hər ikisi 2,325) xalla 381-ci yerə enib. Onlar ötən həftə 380-ci yeri bölürdü.
 

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi - Avstriya "Zalsburq”u 32,910 xalla 54-cüdür. "Neftçi"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Gürcüstan "Çixura”sı 3,350 xalla 318-di yerdə qərarlaşıb.

 

Qeyd edək ki, Azərbaycan UEFA reytinqində hazırda 54 ölkə arasında 10,375 xalla 30-cu pillədə qərarlaşıb.

0