Millimizdən ikinci qələbə
25.07.2014 - 16:26
Millimizdən ikinci qələbə

Azərbaycanın U-16 milli komandası Almaniyanın Duysburq şəhərində təşkil olunmuş turnirdə üçüncü oyununu keçirib. Apasport.az xəbər verir ki, bu ölkənin Bremen regional yığması ilə qarşılaşan futbolçularımız Nadir Qasımov və Pilağa Mehdiyevin vurduğu qollar sayəsində 2:1 hesabı ilə qələbə qazanıb.

 

Qeyd edək ki, turnirdəki ilk oyununda komandamız Mecklenburq-Vorpommern regional yığmasına 2:1 hesabı ilə qalib gəlmiş. Ikinci oyunda isə yığmamız Baden regional yığmasına 0:1 hesabı ilə məğlub olmuşdu.

 

0