“Qəbələ”də nigeriyalı hücumçu
25.07.2014 - 17:01
“Qəbələ”də nigeriyalı hücumçu

Hollandiyada təlim-məşq toplanışını davam etdirən “Qəbələ” daha bir transfer edib. Apasport.az xəbər verir ki, “qırmızı-qaralar” nigeriyalı hücumçu Ekiqo Ehiosunu 1 illik icarəyə götürüblər.

 

Müqavilə ilə Türkiyənin “Gənclərbirliyi” klubuna məxsus olan futbolçu növbəti mövsümün sonuna qədər Azərbaycan klubunda oynayacaq. 24 yaşlı afrikalı forvard son mövsümü “Samsunspor”un heyətində keçirib.


Qeyd edək ki, 1990-cı il iyunun 25-i Nigeriyada anadan olan Ekiqo peşəkar futbolçu karyerasına 2008-ci ildə ölkəsinin “Varri Volfs” klubunda başlayıb. 2011-ci ildə Türkiyə “Samsunspor”una transfer olunan hücumçu bu komandanın heyətində 31 oyunda meydana çıxıb və 9 dəfə rəqib qapıçıları məyus edib. 2012-ci ildə “Gənclərbirliyi”nə keçən hücumçu bu komandanın heyətində 13 dəfə forma geyinmək şansı qazanıb və qol vura bilməyib. Son mövsümdə isə o, “Samasunspor”la 13 dəfə meydan çıxıb və 2 dəfə fərqlənməyi bacarıb.


Ekiqo Nigeriya yığmasının heyətində 3 oyun keçirib və 1 qola imza atıb.

0