“Qarabağ” üçün Sergey Boyko
25.07.2014 - 17:26
“Qarabağ” üçün Sergey Boyko

Çempionlar Liqasının III təsnifat mərhələsində baş tutacaq “Qarabağ” (Azərbaycan) – “Zalsburq” (Avstriya) oyunun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşü ukraynalı Sergey Boyko idarə edəcək.

 

Ona Aleksandr Voytyuk və Oleq Pluznyuk yardım edəcəklər. 4-cü hakim funksiyasını isə Anatoli Abdula yerinə yetirəcək.

 

Qeyd edək ki, oyunun UEFA nümayəndəsi Oğuz Sarvan (Türkiyə), hakim-inspektoru isə Kuanış Kanapyanov (Qazaxıstan) olacaq. 

0