FİFA Rusiyada keçiriləcək mundialın boykotunu dəstəkləmədi
25.07.2014 - 19:33
FİFA Rusiyada keçiriləcək mundialın boykotunu dəstəkləmədi

 

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını mümkün boykot qərarı ilə bağlı bəyanatla çıxış edib. Apasport.az saytının məlumatına görə, bu barədə ali futbol qurumunun saytında bildirilir.

 

Bəyanatda deyilir: “Tarix göstərir ki, təcrid siyasətinin gücləndirilməsi üçün idman tədbirlərinin boykot edilməsi problemin həllində ən effektiv vasitə deyil. Dünya çempionatı bütün dünyadan olan ölkələri və komandaları birləşdirir. Qrup turnirinin oyunlarından başlayaraq final mərhələsinə kimi fair-play və qarşılıqlı hörmət qaydalarına riayət edilir”.

 

FİFA əmindir ki, dünya çempionatı xalqlar arasında konstruktiv dialoqun katalizatoru ola və müsbət sosial dəyişikliklərə gətirib çıxara bilər: “Futbol bütün problemləri, xüsusilə də dünya siyasətinin kəskinləşmiş problemlərini həll edə bilməz. Amma biz gördük ki, dünya çempionatı xeyrin silahı ola bilər. FİFA hesab edir ki, bu, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatında da belə olacaq”.

 

 

0